İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub

img

28-08-2019 [10:09]


İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub. 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib.

"Səhər saat 9.30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşfiq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər",- nazirlikdən bildirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR