Vaqif Məmişov qarajındakı dünya məşhurlarının maşınlarını muzeyə verəcək?

27-08-2019 [21:53]
Rusiyanın Sankt-Peterburq şəhərində dünya məşhurlarının avtomobillərindən ibarət muzey açıla bilər.

Mia.az "Virtualaz.org"a istinadən xəbər verir ki, belə təkliflə Peterburqdakı azərbaycanlı diasporunun rəhbəri, milyarder Vaqif Məmişov çıxış edib.

 Məmişov şəxsi kolleksiyasındakı unikal avtomobilləri həmin muzeyə verməyə hazırdır. Bu avtomobillərin arasında Merilin Monronun gəzdiyi "CADİLLAC Eldorado Biarritz”, bəstəkar İsaak Dunayevskinin "Mercedes-Benz W136” və kosmonavt Yuri Qaqarinin "Lincoln Continental” avtomobilləri də var.

Bildirilir ki, Məmişovun kolleksiyasında dünya məşhurlarına məxsus olmuş cəmi 200-ə yaxın avtomobil mövcuddur. Ekspertlər əmindir ki, Sankt-Peterburqda retro avtomobillərin muzeyi açılsa, bu, həm yaşlılar, həm gənclər arasında böyük marağa səbəb olacaq.

"Bu kolleksiyada hər maşın hansısa "texnika vahidi” deyil, tarixin bir parçasıdır. Bizim ölkəmizin və dünyanın tarixinin. Bir sözlə bu, əsl xəyalların muzeyi olardı”, - Sankt-Peterburq qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nikolay Burov bildirib.


SON XƏBƏRLƏR