Daxili işlər nazirinin keçmiş müavini haqda hökm verildi

img

27-08-2019 [20:41]


Qırğız Respublikasının keçmiş daxili işlər nazirinin müavini Kürsan Asanov barəsində məhkəmənin qərarı ilə oktyabrın 13-dək ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu barədə K.Asanovun özü məhkəmə iclasından sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, avqustun 8-də sabiq prezident Almazbek Atambayevi saxlamaq məqsədilə keçirilmiş əməliyyat zamanı Kürsan Asanov sabiq dövlət başçısı ilə danışıqlar apararaq silahlı müqavimət göstərməməsinə nail olsa da, beş gün sonra polisin mənafeyinə xəyanət və etimadı itirdiyinə görə daxili işlər orqanlarından xaric edilıb, ayın 14-də isə Hərbi Prokurorluqda barəsində xidməti vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR