"Fənərbağça" fransalı futbolçu aldı

27-08-2019 [20:25]
Fransa yığmasının heyətində 2018-ci il dünya çempionatının qalibi olan Adil Rami karyerasını Türkiyənin "Fənərbağça” klubunda davam etdirəcək.

"Report” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir, Mərakeş əsilli 33 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Raminin son klubu Fransa təmsilçisi "Marsel” olub.


SON XƏBƏRLƏR