Bakı şəhərində avtomobil qaçıran şəxs saxlanılıb

img

27-08-2019 [12:16]


Bakı şəhərində avtomobil qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, avqustun 26-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə B.Nuriyev küçəsindən A.Rəhimova məxsus "VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Görülən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi həmin gün Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş T.Ağazadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR