Lerik rayonunda heyvanlar arasında xəstəlik yayılıb

img

27-08-2019 [11:39]


Lerik rayonu Zeynako kəndində ətraf ərazilərdə bir aya yaxındır ki, iri buynuzlu heyvanlar arasında xəstəlik yayılıb.

Həmin kəndin sakini Pərviz Titayev "Report"un Cənub bürosuna bildirib ki, kənddə əksər təsərrüfatlarda olan mal-qara xəstəliyə yoluxub. Onun sözlərinə görə, xəstəlik heyvanlarda temperaturun yüksəlməsi ilə başlayır, heyvan qidadan kəsilir, halsızlaşır, burnunan su axır, bədən səthində düyünlər yaranır. Heyvanlar arasında tələfatlar da var.

Ərazi baytar məntəqəsinin müdiri Ələkbər Quliyev təsərrüfatlarda olan xəstə heyvanların müayinə olunduğunu, xəstəliyin ağcaqanadlar vasitəsilə yayıldığını deyib. Sakinlərlə proflaktik tədbirlərin aparıldığını söyləyib. O, qeyd edib ki, aparılan tədbirlər nəticəsində xəstə heyvanlarda tədricən sağalma müşahidə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR