Prezidentdən ƏƏSMN-lə bağlı fərman: işçilərin sayı artırıldı

img

26-08-2019 [20:03]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin sayı artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanın 7-ci hissəsinə edilən dəyişikliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 289 ştat vahidindən 309-a qaldırılıb.

Digər dəyişikliklə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının işçilərinin say həddi 4536 ştat vahidindən 4366-ya endirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR