ƏƏSMN-in şöbə müdirinin xaricdəki 40 milyon dollarlıq şirkətləri... - Fərhad Ələkbərov kimdir? + Sənədlər

26-08-2019 [17:27]
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşı Fərhad Ələkbərovun Böyük Britaniyada dövriyyəsi 40 milyon dollardan artıq olan şirkətləri mövcuddur...

Xatırlayırsınızsa "Beynəlxalq Bank”ın sədri Cahangir Hacıyevin Azərbaycandan milyonlarla dolları çıxartması ilə bağlı məhkəmə prosesində bir çox şirkətin adı keçmişdi. Bu siyahıda "Marduk Univers Ltd”, "Kingsway Business Limited”, "Hagaro Ltd” adlı şirkətləri də diqqət çəkmişdi. PİA.az-ın apardığı araşdırmakar nəticəsində məlum olub ki, bu şirkətlərə zamanında direktorluq etmiş şəxslərdən biri Fərhad Ələkbrovdur. Fərhad Ələkbərov hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində rəhbər vəzifədə çalışır.

Fərhad Ələkbərovun statusunu aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevə sorğu göndərsək də beş gün keçməsinə baxmayaraq sorğumuza cavab ala bilməmişik.

Qeyd edək ki, Fərhad Ələkbərova aid olan "Marduk Univers Ltd” şirkətinin hesabında 2018-ci ildə 14 milyon dollardan artıq pul olub. Bu "Marduk Univers Ltd” şirkətinin ötən il verdiyi hesabatda göstərilib.

Cənab Ələkbərovun digər şirkəti "Kingsway Business Limited”in hesabatında isə 2015-ci ildə 34 milyon dollardan artıq olub.

Fərhad Ələkbərovun "Linkedin” sosial şəbəkəsindəki hesabından görünür ki, o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində çalışır və 2019-cu ildə şöbə müdiri vəzifəsinə keçib. Göründüyü kimi onu bu vəzifəyə indiki nazir Sahil Bababyev təyin edib/Pia.az.





pia.az




SON XƏBƏRLƏR