Polis Bakıda saxta pulla pizza alan şəxsi axtarır

26-08-2019 [16:23]
"Dominos pizza" restoranlar şəbəkəsinin Binəqədi rayonunda yerləşən filialına saxta pul verilib.

"Report"un xəbərinə görə, restoranın əməkdaşı polisə şikayət edərək bildirib ki, naməlum şəxs pizza alarkən restoranın kassasına saxta 100 manatlıq əskinas verib.

Hazırda polis həmin şəxsi axtarır.


SON XƏBƏRLƏR