Fransada sığınacaq alan azərbaycanlıların sayı iki dəfə azalıb

26-08-2019 [14:50]
Son 4 ildə Fransada sığınacaq alan azərbaycanlıların sayı iki dəfə azalıb. 

2015-ci ildə Fransada 182 azərbaycanlı mühacir sığınacaq almışdısa, 2018-ci ildə yalnız 81 nəfərə bu hüquq verilib.

Fransanın Qaçqınlar və Vətəndaşlığı olmayanlar üzrə İdarəsi (OFPRA) 2015-ci ildə 88,4 faiz, 2016-ci ildə 84,2 faiz, 2017-ci ildə 82,9 faiz, 2018-ci ildə isə 88,9 faiz azərbaycanlı mühacirin müraciətinə mənfi cavab verib. Nəticədə onlar vəkil tutaraq müraciətlərinə yenidən baxılması üçün Sığınacaq Hüququ üzrə Fransa Milli Məhkəməsinə (CNDA) şikayət ərizəsi veriblər. Ancaq 2015-ci ildə azərbaycanlı mühacirlərin 79,5 faiz, 2016-cı ildə 77,2 faiz, 2017-ci ildə 83,6 faiz və 2018-ci ildə isə 81,2 faizinə məhkəmədən mənfi cavab verilib.

Beləliklə, 2015-ci ildə 182, 2016-ci ildə 166, 2017-ci ildə 116 və 2018-ci ildə 81 nəfər azərbaycanlı mühacirə Fransada sığınacaq verilib/Report.


SON XƏBƏRLƏR