Azərbaycanda 2 BOKT-a lisenziya verilib

26-08-2019 [14:47]
Maliyyə Bazarlarına Nəzarət Palatası 2 bank olmayan kredit təşkilatına (BOKT) fəaliyyət üçün lisenziya verib.

Bunlar "MJ Financial Services" və "Aset Maliyyə Texnologiyaları" MMC-lərdir.

Bununla da, Azərbaycanda BOKT-ların sayı 43-dən 45-ə çatıb.

Xatırladaq ki, "MJ Financial Services" bu il aprelin 15-də, Bakıda yaradılıb. Onun nizamnamə kapitalı 300 010 manat, qanuni təmsilçisi isə Mədəd Nadir oğlu Rüstəmovdur. "Aset Maliyyə Texnologiyaları" isə 2017-ci il yanvarın 10-da Bakıda təsis edilib. Onun nizamnamə kapitalı 300 000 manat, qanuni təmsilçisi isə Xosrov Fikrət oğlu Axundovdur/Report.


SON XƏBƏRLƏR