Regionlarda fəal gənclər üçün ToT keçirildi

img

06-08-2019 [12:13]


DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində "Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirir.  

Mia.az xəbər verir ki, bu təşəbbüs çərçivəsində 2019-cu ilin iyul-avqust ayları ərzində Mingəçevir,  Şirvan və Quba şəhərlərində fəaliyyət göstərən QHT Təlim və Resurs Mərkəzlərində fəal gənclər üçün "Sosial media idarəçiliyi: uğurlu kampaniyaların hazırlanması və aparılması” adlı 2 günlük Təlimçilər üçün Təlim keçirilib.

ToT keçirilməsində məqsəd hədəf regionlarda təlim və seminarlar vasitəsilə fəal gənclərin və qadınlar sosial mediada BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, gender  bərabərliyi və bu sahədə mövcud olan problemləri işıqlandırmaları, sosial media kampaniyalarının tərtibi və uğurlu və əhatəli haştəqlərin hazırlanması üçün onların bilik və bacarıqlarının artırılması, dünyada uğurlu sosial media kampaniyalarının strategiyaları timsalında praktiki biliklərinin artırılmasıdır.

Ümumilikdə təlimlərdə 50-ə yaxın ictimai fəal gənc və qadınlar iştirak edib. 

Qeyd etməliyik ki, növbəti mərhələ olaraq ToT iştirakçıları öz regionlarında digər fəal gənclər üçün seminarlar keçirəcək və DİM-lər və gender haqqında məlumatlılığın artırılması üçün sosial media marafonunun təşkili olunacaq. Marafon çərçivəsində ən yaxşı sosial media məqaləsi, kampaniyası və haştəqi seçilərək mükafatlandırılacaq. Hər regiondan 3 qalibin seçilməsi nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR