Bakıda jurnalistin qarşısını kəsib döydülər

26-08-2019 [10:38]
Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər dünən axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirib.

Mia.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat yayıb.

Bildirib ki, o həmin avtomobilin sürücüsünün yetirdiyi ciddi bədən xəsarətləri ilə bağlı 3 saylı xəstəxanaya müraciət edərək, ilkin tibbi yardım alıb və daha sonra evə buraxılıb. 

Z.Xeyirxəbər hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib.

Hadisənin səbəbinə gəldikdə isə, jurnalist bildirib ki, bu, ona qaranlıq qalıb: 

"Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan başladı uzun uzadı siqnal verməyə, işıqları yandırıb söndürməyə. Əlimlə işarə elədim ki nə lazımdı? Sürətini artırıb sola keçdi, söyüş söydü. Dayanmağımı tələb elədi. Əhəniyyət vermədim. Ciddi təhlükə törətməyə başladı. Dayanmağa məcbur oldum. Düşdü yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim düzü,. Qəfil zərbə endirdi. Deyəsən barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çağıqlar var".

Mia.az


SON XƏBƏRLƏR