Ukrayna vətəndaşı Bakı sakininə ev satmaq adı ilə 160 min dollarlıq dələduzluq edib

24-08-2019 [17:40]
Ukrayna vətəndaşı Bakı sakininə qarşı dələduzluq edib.

"Report" xəbər verir ki, 39 yaşlı Fərid Pənahov qarşılaşdığı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

F.Pənahov şikayətində bildirib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 142-də yerləşən 58 saylı mənzili Ukrayna vətəndaşı Nina Krimişenkodan 160 min dollara alıb. O, pulu N.Krimişenkoya ödəyib.

Lakin sonradan məum olub ki,  mənzil 1980-ci il təvəllüdlü Sara Hamlet qızı Əliyevaya məxsusdur.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR