AFFA-nın jurnalist seçimi: kimlə daha çox araq içmək?!

img

23-08-2019 [22:27]


Rəşad ERGÜN

Komanda.az saytının Baş redaktoru

***

Az əvvəl "Futbol+" qəzetindən zəng etmişdilər. Mövzu bu idi ki, milli komandanın qarşıdakı səfər oyunlarına jurnalistlərin aparılması məsələsində AFFA, qurumun mətbuat xidməti yenə 4-5 sayta qucaq açıb, buna münasibətin... 

Qəzetə açıqlama verdim, bu, heç. Amma bura üçün də bir-iki qeydim var.

Məni az-çox tanıyanlar bilir, bütün jurnalist karyeramda heç bir klubun, federasiyanın xətti ilə xarici səfərlərə getməmişəm, getməyəcəm. Bu, mənə bağlı olan məsələdir, mənim prinsipim, dəyərimdir. Ancaq AFFA, bu qurumun mətbuat xidməti niyə milli komandanın oyunlarına daim eyni saytları (onların arasında "haqqın.az" saytının da olduğunu biləndə güldüm) aparmalıdır? 

Təbiidir ki, heç bir azərbaycanlı jurnalist öz cibinin puluna gedib Xorvatiya, ya da Uelslə oyundan reportaj hazırlaya bilməz. Niyə Azərbaycan jurnalistikasında parçalanma yaradırsız, niyə rəqabəti süni, iyrənc şəkildə dəyişirsiz Elxan Məmmədov, hörmətli Firuz Abdulla? 

Milli komanda sizə ulu babalarınızdan miras qalıb? Yoxsa ulu babalarınızın neft quyuları olub? Saytları hansı prinsiplə səfərlərə aparırsız? Kimlə daha çox badə badəyə vurmaq? Kimlə daha çox araq içmək? Kim daha çox yaltaqlanır o? Ayıb deyil? 

Siz qanmırsız ki, klub deyilsiz, federasiyasız? Federasiya! Hər kəsin federasiyası, ölkənin 1 nömrəli futbol təşkilatı.

Mən səfərlərə aparılmayan, haqqı tapdalanan hər kəsi AFFA-ya, onun axmaq siyasət yürüdən rəhbərliyinə, mətbuat xidmətinə qarşı birləşməyə çağırıram. Bundan sonra 50 il də keçsə, mən səfərə getməyəcəm. Amma məsələ haqsızlıqdırsa, mübarizə aparacam. Firuz Abdullaya, Elxan Məmmədova zəng edin, soruşun, sizi hansı əsaslarla səfərlərə aparmırlar? 

Stadionlarda gecəsi-gündüzü keçən siz, səfərə gedən idmana dəxli olmayan "haqqın.az". Soruşun, mübarizə aparın. Gözünüzü döyməyə davam etsənizz, haqqınız siz ölənədək pozulacaq, buna əmin olun.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq