"Jurnalisti susdurmaq yox, bu halların qarşısını almaq lazımdır" - Mərkəz sədri

img

23-08-2019 [21:51]


Demək olar ki, televiziyalarda, radiolarda, eləcə də saytlarda cinayət, intihar kimi xəbərlərə hər gün rast gəlirik. 

Bu hadisələri yalnız ölkəmizdə deyil, xarici mediada da görürük. 

Elə yenicə baş vermiş, bütün Türkiyənin danışdığı "Emine Bulut” cinayəti kimi. 

Bir həqiqət də var ki, bu cür xəbərlər KİV-lərdə işıqlandırılmasa belə, sosial şəbəkələr vasitəsi ilə çox tez yayıla bilir.

Bəs bu cür xəbərlərin mediada yayılmasına münasibət necədir? Bu düzgündürmü?

Mia.az xəbər verir ki, mövzu ilə bağlı Azadinform-a danışan Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, təbiəti etibarilə, neqativliklə yüklənməyin, xoşagəlməz ovqat yaratmağın tərəfdarı deyil: "Bununla belə, nə desək də, nə etsək də, hər gün bu kriminal olaylar və ya intihar barəsində olan xəbərlərlə rastlaşırıq. Əgər xarakterindən asılı olmayaraq, hansısa hadisə baş veribsə, onunla bağlı xəbərlərin hazırlanıb yayılması təbiidir”.

Ekspertin fikirlərinə görə, burada əsas diqqət o halların baş verməsini doğuran səbəblərə, onların aradan qaldırılması yollarına yönəldilməlidir: "Əlbəttə, intihar xəbərlərini eşitmək, oxumaq çox ağrılıdır. Yəni bir insanın öz canına qəsd etməsi informasiya formasında yayımlanmasa belə, çox dəhşətlidir. Yəni jurnalistlər kiminsə intihar faktını xəbərə çevirməsələr də, bu, olayın baş vermədiyi anlamına gəlmir. Ona görə də, dediyim kimi, əsas diqqət o halları doğuran səbəblərə yönəlməlidir ki, intihar halları baş verməsin və jurnalistlər də belə dilemma qarşısında qalmasınlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı