Çin hökuməti illik ABŞ mallarına qarşı əlavə rüsum tətbiq edir

23-08-2019 [17:46]
Çin hökuməti illik 75 milyard dollarlıq ABŞ mallarına qarşı əlavə rüsum tətbiq edir.

"CNBC” xəbər verir ki, Çin Dövlət Şurası ölkəyə idxal olunan 75 milyard dollarlıq ABŞ mallarına rüsumların 5 faizdən 10 faizədək qaldırmaq qərarını verib. Bu addım iki mərhələdə, sentyabrın 1-də və dekabrın 15-də həyata keçiriləcək.

Bununla yanaşı dekabrın 15-dən ABŞ avtomobillərinə aprel ayından təxirə salınmış 25 faiz, avtomobil parçalarına da 5 faizlik rüsum tətbiq ediləcəyi bildirilir.

Bu addımın ABŞ administrasiyası tərəfindən 300 milyard dollarlıq Çin mallarına qarşı 10 faizlik rüsum tətbiq etmək barədə ayın əvvəlindəki açıqlamaya cavab olaraq atıldığı bildirilir/Report.


SON XƏBƏRLƏR