Qəbələdə dağlıq ərazidə meşə zolağında yanğın - FHN helikopter göndərdi

img

23-08-2019 [17:26]


Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və "BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR