Azərbaycan Kunq-fu Federasiyasının sabiq prezidentinə ağır cəza verildi

img

23-08-2019 [13:26]


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Barat İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət itttihamçısı çıxış edərək B.İsrafilova 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.

Müşavirədən sonra hökm elan edilib. 

Hökmə əsasən, B.İsrafilov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

B.İsrafilov mənzil alqı-satqısı ilə əlaqədar külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəllləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, B.İsrafilov 2018-ci ilədək Azərbaycan Kunq-fu Federasiyasının prezidenti olub/Report.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı