Masallıda evdən pul və qızıl oğurlayan kənd sakini saxlanıldı

23-08-2019 [13:00]
Masallı rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, oğurluq hadisəsi avqustun 4-də baş verib. Rayon ərazisindəki evlərin birindən 7100 manat və 220 avro pul, habelə qızıl əşyalar oğurlanıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini M.Səlimov saxlanılıb. 


SON XƏBƏRLƏR