Hacıqabulda qəza: 8 yaralı var - 2-nin vəziyyəti ağırdır

23-08-2019 [11:26]
Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.

Mia.az Səhiyyə Nazirliyinə istinadla bildirir ki, müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı): 

"Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. 

Digər iki nəfərin 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Vəziyyətləri orta-ağır sabit qiymətləndirilir".


SON XƏBƏRLƏR