Bakıda taxta bazarında yanğın: icra başçısı hadisə yerində - VİDEO

22-08-2019 [16:34]
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".

***

Xəbər verdiyimiz kimi, Dərnəgün yolunda yerləşən taxta bazarında yanğın başlayıb.

"Yeni Sabah” xəbər verir ki, hazırda yanğın böyük bir ərazini əhatə edir. FHN əməkdaşları yanğının qarşısını almaqda çətinlik çəkirlər.

Bazarda işləyən şəxslər bildiriblər ki, yanan quru taxtalardır və onun söndürülməsi mürəkkəb məsələdir.

***

Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarı yanır.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib.

"Baş verən hadisə böyük yanğın hesab edilir. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə barəsində əlavə məlumat veriləcək" - deyə G.Mehdiyeva bildirib/Report.



SON XƏBƏRLƏR