Təhsil Nazirliyində 147 vakant vəzifə var

img

22-08-2019 [14:55]


Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

Mia.az DİM-in saytına istinadla xəbər verir ki, avqustun 22-si saat 14:45-ə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1011 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq