Krım məsələsi necə həll ediləcək? - Trampın Putinlə Çinə qarşı savaş niyyəti yeni həll modelinə yol açır?

img

22-08-2019 [13:19]


Bir neçə gün öncə ABŞ prezidenti Donald Trampın Danimarkaya məxsus olan Qrelandiya adasını almaq üçün bu ölkəyə pul təklif etdiyi ilə bağlı xəbərlər yayılmışdı. 

İqtisadçı ekspert Natiq Cəfərli Trampın bu arzusunun altında yatan məqsədləri izah edib.

Ekspertin fikrincə, məsələ təkcə Qrelandiya ilə bağlı deyil:

"ABŞ-ın tarixində pulla torpaq alınması faktları çoxdur, bu gün də Tramp Qrenlandiyanı almaq üçün Danimarkaya təklif irəli sürüb. Təklif maraqlıdır - ildə 600 mln. dollar ödəməklə müddətsiz icarəyə götürmək istəyirlər. Yəni ada de-fakto ABŞ-ın olacaq, amma de-jure Danimarkanın da haqqı-hüququ ada üzərində qalacaq. Anlaşma baş tutsa, adada ABŞ qanunları işləyəcək, ABŞ adanın tam hüquqlu icarədar sahibi olacaq, amma Qrenlandiya vətəndaşları Damimarka vətəndaşlığında qalacaq, ABŞ seçkilərində iştirak etməyəcəklər. 

Məncə digər konfliktlərə örnək ola biləcək mexanizm hazırlığına start verilib. Yəni, məsələ tək Qrenlandiya deyil - eyni yanaşma ilə Krım məsələsinin həllinə də hazırlıq gedir - Rusiya Krımı "özəlləşdirmək" üçün Ukrayna ilə bənzər müqavilə bağlayıb məsələni həll edəcək".

N.Cəfərli deyir ki, əsas məqsəd Çinə qarşı güc birliyi əldə etməkdir:

"Rusiya və Qərb birlikdə bu məsələni həll etməyi düşünür ki, Rusiya ilə yaxınlaşma başlasın və ümumi ciddi rəqibə - Çinə qarşı birgə saf tutsunlar. Çox güman yaxın aylarda Rusiya G-8 formatına dönəcək, Ukrayna ilə sülh imzalanacaq, Donbas Kiyevin nəzarətinə qayıdacaq, amma Krım "müddətsiz icarə müqaviləsi" prinsipi ilə Rusiyanın tərkibində rəsmiləşəcək, əvəzində Rusiya hər il Ukraynaya pul ödəyəcək, ya da pulsuz neft-qaz verəcək. Bu mexanizmin bütün post-sovet məkanındakı konfliktlərə tədbiq edilmə ehtimalı da var".

Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı