Rusiyada Azərbaycanın turizm potensialı nümayiş olunacaq

img

22-08-2019 [11:36]


Bu ilin avqustun 27-29 tarixlərində Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək.

Dövlət Turizm Agentliyindən Mia.az-a bildirilib ki, tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq. Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq