Peşə məktəblərinə qəbul olanların qeydiyyatı başladı

img

22-08-2019 [10:51]


Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi bu gündən başlayır.

Təhsil Nazirliyindən Mia.az verilən məlumaya görə, proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR