22-08-2019 [00:08]
Qoç - əmr vermək, rəhbərlik etmək, kiməsə nəyisə tapşırmaq istəyirsiniz. Lakin uğur üçün bütün bunlar yetərli deyil. İşinizi özünüz görməlisiniz.
İşləyin və əməyinizdən həzz almağa başlayacaqsınız.
Son vaxtlar doğru istiqamət seçdiyinizlə bağlı müəyyən şübhələr vardı. Bu gün həmin şübhələrə qəti cavab alacaqsınız.
Qətiyyətli, zəhmətkeş, məntiqli davransanız, seçdiyiniz yöndə uğur qazana bilərsiniz.
İşdəki problemləri evə daşımayın. Ailə üzvlərinizlə amiranə şəkildə danışmayın. Onlarla səmimi, həlim olun.
Buğa - narahat olmayın, təşvişə düşməyin. Əsassız və səbəbsiz həyəcan pis olmayan günü korlaya bilər.
Mühüm məsələləri özünüz həll etsəniz, ikinci dərəcəli və xırda problemlərin həllini etibar etdiyiniz insana tapşırsanız, işdə uğur əldə edə bilərsiniz. Sənədləşdirmədə problemlər yarana bilər. Bürokratik əngəlləri və məmurların uydurma bəhanələrini qət etmək asan deyil.
Axşam saatları xoş sürpriz, maraqlı görüş vəd edir. Qəfil vizit ola bilər. Qonaqlar sizi sevindirəcək.
Kulinar eksperimentlər əhvalınızı yaxşılaşdıra bilər.
Əkizlər - gün asan və sadə olmasa da, uğurdan xali deyil.
Başladığınız işləri yarımçıq qoymayın. Hansısa istiqamətdə məqsədinizə nail ola bilməsəniz, inad etməyin.
Yaşamın özü bundan sonra hansı istiqamətdə hərəkət etməyin gərəkdiyini və nə etmək lazım olduğunu bildirəcək. Sizə qalan intuisiyanın dediklərini dinləməkdir.
Huşyar olun. Valideynlərlə uşaqlar arasında anlaşılmazlıq olarsa, səbrli davranın, münaqişəyə imkan verməyin.
Axşam saatlarında sakit olmağa çalışsanız da, dəvət aldığınız yerə getmək lazımdır.
Xərçəng - həddən ziyadə ətalətli və astagəl olmayın. Nə etdiyinizi, nəyə can atdığınızı, hansı planı reallaşdırdığınızı dəqiqləşdirin.
Az sonra hadisələrin axarı göstərəcək ki, tələsmək gərək deyilmiş. İşlərə məsuliyyətli və diqqətli yanaşın, tələsən insanların yol verdikləri səhvləri təkrarlamayın.
Gəlir, mənfəət istisna deyil.
Alış-verişdə simiclik etməyin. Axşam saatları romantik münasibətlər və təmaslar üçün əlverişlidir.
Bir qədər tənha qalmaqda da xeyir var.
Şir - başqalarının bacarmadıqları işin öhdəsindən gələ bilərsiniz. Amma eyforiyaya qatılmayın, qəhrəmanlıq etmək, "dünyanı qurtaran adam" kimi görünməyə çalşımayın.
Başa vuracağınıza ümid etmədiyiniz işlərdə ciddi irəliləyiş ola bilər. Yaxın ətrafınızdakı insanlardan birinin gerçək siması sizə əyan olacaq.
Şəxsi münasibətlər müstəvisində düşərli gündür. Təmaslarınızdakı rəvanlığı və harmoniyanı pozan müşkülü bu gün çözə bilərsiniz.
İstənilən situasiyada təbii olun, yalan danışmayın.
Qız - nə istədiyinizi dəqiq müəyyənləşdirin. Günün hadisələri nə vaxtdan bəri qəlbinizdə gəzdirdiyiniz istəyin gerçəkləşməsinə rəvac verir.
Amma istəklər çox olmamalıdır. Səhər saatlarında vəziyyət bir qədər əsəbi və nevrozdur. Yaranan problemlər o qədər ciddi deyil ki, təbdən çıxaraq sinirlənəsiniz, həyəcanlı addımlar atasınız.
Nikbin olun. Belədə bir çox sədləri dəf edə bilərsiniz.
Bədbin, özünə əmin olmayan insanlar sizdən yardım gözləyirlər. Onları dəstəkləyin, amma müftəxorluq edərək sizdən sui-istifadə etmələrinə imkan verməyin.
Nüfuzlu şəxslərlə təmaslarda həssas və diqqətli olun. Maraqlar toqquşması riski var.
Tərəzi - gün xoş görüşlər vəd edir. Köhnə dostla səmimi söhbət yaşananlara fərqli aspektdən baxmağa imkan verəcək. Problemlərin həlli üçün düzgün qərar verin, çətin situasiyadan çıxış yolu arayarkən hövsələsiz olmayın.
İşlə bağlı məsələlərin çözümündə naqolay təzyiqlərin qarşısını alın.
Sərfəli anlaşma və ya gəlirli sifariş istisna deyil.
Səyahət və ya səfər məsləhət deyil. Yolda tez yorula bilərsiniz.
Axşam saatlarında evdə keçirəcəyiniz vaxtda istirahət edin, əhvalınız və səhhətiniz normal vəziyyətə düşsün.
Alış-verişdə iri məbləğdə pul xərcləməyin.
Əqrəb - səhər saatlarında günün uğursuz olacağını düşünə bilərsiniz. Amma az sonra situasiya dəyişəcək. Vaxt keçdikcə pozitiv təmayüllərin təsir gücü artır. Günün ilk yarısından müstəqil fəaliyyət və təkbaşına iş üçün istifadə edin.
Günün ikinci yarısında isə işgüzar məsələlər, birgə layihələrdə iştirakla bağlı məsləhətləşmələr və müzakirələr olacaq.
Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Yerinə yetirə biləcəyiniz işə başlayın, qüvvənizi qənaətlə sərf edin.
Emosional olmayın, hisslərin əsarətinə düşməyin. Əks cins mənsubu ilə ciddi münasibətlərin təməlinin qoyulacağına bel bağlamayın.
Oxatan - hər sahədə və hər işdə hamıdan yaxşı olmağa çalışsanız da, bu, mümkün deyil. Əslində belə vəziyyətə ehtiyac da yoxdur. Təbii davranın və bu, günün ən məhsuldar, ən effektiv variantıdır.
İndiyədək mübhəm bildiyiniz məsələnin təfərrüatları bilinəcək.
Çoxdan bəri görüşmək istədiyiniz, darıxdığınız insanla günün ikinci yarısında görüş istisna deyil.
Səfər, yaşam məkanının dəyişdirilməsində fayda var.
Belə dəyişikliklər insanı ruhlandırır, işdə və yaradıcılıqda uğurlar qazanmağa imkan verir. Yaxınlarınızla münasibətlər qaydasına düşür, fikir ayrılıqları və incikliklər keçmişdə qalır.
Oğlaq - xırda məsələlərə və önəmsiz detallara həddən artıq fikir verməyin. Aktiv olun, qətiyyətli addımlar atın. Son vaxtlar sizi narahat edən məsələləri nüfuzlu insanla müzakirə etmək və problemin həll yollarını tapmaq imkanı yaranıb.
Ambisioz, eqoist, xudpəsənd olmayın. Bununla yanaşı, ağıllı, fəndgir və məntiqli davranın, karyera pilləkənində yüksəlməyə çalışın.
Şəxsi münasibətlər müstəvisində ciddi dəyişikliklər gözləməyə dəyməz. Təşəbbüslər nəticə verməyəcək. Yaranmış situsiyanı təhlil edin, davranmağın yollarını ayırd edin.
Axşam saatlarında istirahət edin.
Dolça - improvizə etməkdən çəkinməyin. Bu gün qəflətən atacağınız addımlar və qəbul edəcəyiniz qərarlar uğurlu ola bilər. İşdə həmkarlarla fikir ayrılığı, münaqişə istisna deyil.
Mövqeyinizi müdafiə edin. Yanınızdakı insanlardan biri davranışızı bəyənməyə bilər, amma qəti və sərt olun.
Nüfuzlu şəxs sizi müdafiə edəcək.
Günün ikinci yarısı yaşam tonusunuzun səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Səhhətdə problem istisna deyil.
Ağır və yağlı yeməklər yeməyin.
Axşam saatlarında açıq havada gəzintiyə vaxt tapın.
Balıqlar - qəfil uğurlar günüdür. Bu nailiyyətlər əhəmiyyətli olmasa da, həddən ziyadə xoşdur. Peşəkar və fərdi məziyyətlərinizə şübhələnən insanlar indi bacarıqlarınızı etiraf etmək məcburiyyətində qalıblar.
Gözlənilmədən işgüzar təklif ala bilərsiniz. Böyük, ya da gəlirliyi layihədə birgə işə və ya əməkdaşlığa cəlb oluna bilərsiniz.
Tanışlıqlar asan baş tutur. Bunun üçün təşəbbüs gərək deyil - ətrafınızdakı insanlara maraqlısınız.
Ailə üzvlərindən birinə problemi həll etməkdə yardım göstərin.
Milli.Az
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"