70 min dollara görə iqtisadçıdan şikayət edən deputatdan gözlənilməz addım - Anlaşdılarmı? + FOTO

img

21-08-2019 [22:51]


"Relax”da vergi işçilərinə qarşı hücum edən oğlu və yaxın qohumları həbs edilən deputat İqbal Məmmədov illərdir onunla 70 min dollar borc davası aparan iqtisadçı Qulu İbrahimli ilə bu gün görüşüb.

Mia.az xəbər verir ki, bu barədə iqtisadçı sosial şəbəkədəki hesabında foto paylaşıb.

Bildirib ki, görüş deputatın təşəbbüsü ilə baş tutub. 

Görüşün detallarını açıqlamayan iqtisadçı bu haqda sonra danışacağını deyib.

Məlumat üçün qeyd edək ki, Qulu İbrahimli vaxtı ilə deputatın şirkətlərinin mühasibatlıq işi üçün proqram təminatı və sair xərclər üçün 70 min dollar borca düşdüyünü bildirib. Və israrla deputatdan həmin pulu tələb edib. 

Onlar arasında yaşanan "söz atışması" hətta o qədər böyüyüb ki, deputat iqtisadçıdan hüquq-mühafizə orqanlarına da rəsmi şikayət edib. Lakin bu addım Qulu İbrahimlini nəinki qorxudub, əksinə, o, deputata qarşı daha sərt açıqlamalarla gündəmə gəlib...

Bu gün isə onlar daha-dalaşı bir kənara qoyaraq, göürüşüblər. Görünür, Relax-dakı hadisə deputatın ötkəmliyinə ciddi təsirini göstərib...

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR