Valideynlərə müjdə: yeni dərs ili ərəfəsində Bakıda ən ucuz məktəbli yarmarkası açıldı -FOTOLAR

img

21-08-2019 [13:13]


Sentyabr ayı yaxınlaşdıqca valideynlərin qayğısı da artır. Onlar yeni dərs ili ərəfəsində düşündürən bircə şey var, o da övladlarını ucuz, eyni zamanda keyfiyyətli məktəb ləvazimatları ilə təmin etməkdir. 

Mia.az xəbər verir ki, bunu nəzərə alan "Login" mağazalar şəbəkəsi xeyirxah missiyaya imza atıb və Bakıda ən ucuz məktəbli yarmarkası açıb. 

Metronun "Qara Qarayev" stansiyasının "Təbriz" (keçmiş "Sevinc") kinoteatrı istiqamətində çıxışında fəaliyyətə başlayan yarmarkada Risiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Latviya, Hindistan və Pakistan kimi müxtəlif ölkələrin məhsulları ən aşağı qiymətlərlə təklif olunur.

Məsələn, burada A4 kağızını 5 manatdan, qələm və karandaşı 5 qəpikdən, rəngli karandaş 50 qəpikdən, rəngli jumbo karandaşlar 1 manat 50 qəpikdən, 12 vərəqli yaşıl dəftərlər 5 qəpikdən, 40 vərəqli dəftərlər 30 qəpikdən, 60 vərəqli dəftərlər 40 qəpikdən, 100 vərəqli dəftərlər isə 60 qəpikdən satışa çıxarılıb. 

Mağazalar şəbəkəsindən bildirilib ki, ən ucuz yarmarkada qiymətlərin belə aşağı təklif edilməsinin məqsədi yeni dərs ili ərəfəsində valideynlərin işini maddi cəhətdən xeyli yüngülləşdirməkdən ibarətdir. 

Bir daha xatırladaq ki, metronun "Qara Qarayev" stansiyasının "Təbriz" (keçmiş "Sevinc") kinoteatrı istiqamətində çıxışında fəaliyyətə başlayan yarmarka hər gün səhər saat 9-dan axşam saat 21-dək işləyir. 





Digər xəbərlər
SON XƏBƏRLƏR