Azərbaycanda bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

21-08-2019 [10:12]
"Bu gün səhər saat 09:00-dan Gəncə şəhərində bir qrup abonentin qaz təchizatı dayandırılıb. Bu müddət ərzində aşkar edilmiş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq". 

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, saat 09:30-dan 17:30-dək isə Göyçay rayonunun bir neçə kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində sazlama işləri aparıldığından təchizatda dayandırmalar olacaq. Avqustun 21-də səhər saat 10.00-dan Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Suraxanı rayonunun Hövsan qəsəbəsində, Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək. Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq.


SON XƏBƏRLƏR