Regional QHT-lər üçün seminarlar keçirilib

img

09-08-2019 [21:41]


"DataHub" MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində "Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs həyata keçirir.

Mia.az xəbər verir ki, bu təşəbbüs çərçivəsində 2019-cu ilin iyul-avqust ayları ərzində Mingəçevir, Şirvan və Quba şəhərlərində fəaliyyət göstərən QHT Təlim və Resurs Mərkəzlərində yerli QHT nümayəndələri üçün "Genderə həssas DİM-lərin implementasiyasına dair VCT-lərin bilik və bacarıqlarının artırılması” mövzusunda 2 günlük seminarlar keçirilib.

Seminarların keçirilməsində başlıca məqsəd BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin gender yönümlü implementasiyasına dəstək olmaq, bu istiqamətdə hədəf regionlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırmaq, bu istiqamətdə kiçik miqyaslı təşəbbüslərə və tədqiqat işinin aparılmasına dəstək verməkdir. Seminarlarda ümümilikdə 70 nəfər yerli QHT-lərin nümayəndələri, ictimai fəal qadınlar və gənclər, icma üzvləri və yerli idarəetmə təmsilçləri iştirak edib.

İki günlük seminarlarıın sonunda göstərən vətəndaş cəmiyyəti təşkilatları genderə həssas DİM-lər, onların hədəf və indikatorları, gender problemlərinin həllinə iki tərəfli yanaşma, gender yanaşması alətlərinin praktiki tətbiqi, gender analizi, və icma təşəbbüslərinin innovativ maliyyələşdirmə mexanizmləri mövzusunda praktiki bilik və bacarıqlara yiyələndilər.

Avqust ayı ərzində Mingəçevir, Şirvan və Quba şəhərlərində ətraf kənd və rayonlarda fəalliyyət göstərən vətəndaş cəmiyyəti və ictimai fəal qadın və gənclər üçün bu seminarların ikinci mərhələsinin keçirilməsi nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR