"Real" Neymara görə kisənin ağzını açdı

img

20-08-2019 [20:24]


"Real" PSJ-nin hücumçusu Neymarın transferindən imtina etməyib. "Kral klubu" fransızlarla yenidən danışığa başlayıb.

Trend-in məlumatına görə, madridlilər Neymar üçün son təklifini edib. Onlar "sambaçı"nın keçidi müqabilində 165 milyon avro və 50 milyon avro dəyərində olan yarımmüdafiəçi Hames Rodrigesi qarşı tərəfə verməyə hazırdır.

Əgər Paris klubu buna da "yox" cavabını versə, "Real" Neymarın transferindən imtina edəcək.

Qeyd edək ki, Neymar "Real"ın əzəli rəqibi "Barselona"nın da maraq dairəsindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR