Gürcüstan hökuməti adından mətbuata saxta sənəd yayılıb

img

20-08-2019 [13:42]


"Gürcüstan hökuməti adından KİV-in elektron ünvanlarına saxta sənədlərin göndərilməsi hökumətin nüfuzdan salınması və təxribat məqsədi güdüb”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin Mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, avqustun 19-da media qurumları elektron ünvanlarına təbiətin mühafizəsi sahəsində islahatlar barədə saxta sənəd alıblar: "Göründüyü kimi, bu hərəkət hökuməti nüfuzdan salmaq və təxribat məqsədlərinə xidmət edib. Təəssüflər olsun ki, bəzi media qurumları bu təxribata uyub”.

Sənəddə vurğulanıb ki, Gürcüstan baş nazirinin mətbuat xidmətinin elektron poçtu [email protected] ünvanında yerləşir. Mətbuat xidməti medianı yalnız bu ünvandan daxil olan məlumatlara etibar etməyə və saxta sənədlərə aldanaraq yanlış informasiyaların yayılmasına yol verməməyə çağırıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq