Nazarbayev klip çəkdirdi: "Köklərim bura bağlıdır" - VİDEO

img

20-08-2019 [13:20]


Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev yazdığı şeirin mahnısına klip çəkdirib.

TASS xəbər verir ki, videoçarxda N.Nazarbayevin dağətəyi ərazilərdə gəzir və vətəni haqqında mahnı oxuyur.

Qeyd olunur ki, musiqinin sözlərinin müəllifi N.Nazarbayev, bəstəkarı isə Altınbek Korazbayevdir. Kadr arxasında isə eyni mahnını peşəkar sənətçilər ifa edirlər.

"Bir çox ölkələrdə olmuşam, ancaq onlardan heç birini doğma Qazaxıstan torpağı, Alatau ətəyindəki üç təpə ilə müqayisə etmək olmaz. Uşaqlığım burada keçib, köklərim bura bağlıdır", - o, videoya yazdığı qeyddə bildirib.

Xatırladaq ki, Qazaxıstana, təxminən, 30 il rəhbərlik etmiş Nursultan Nazarbayev 2019-cu il martın 19-da dövlət başçısı səlahiyyətlərini təhvil verib/Report.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı