Nazir Milli Qəhrəmanın bacısı oğluna yüksək vəzifə verdi - DİN-də daha bir dəyişiklik

20-08-2019 [11:56]
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenatı Samir Həsənov təyinat alıb.

Samir Həsənov yeni təyinatadək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi olub. 

O, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun bacısı oğludur/Azvision.az. 


SON XƏBƏRLƏR