Sabirabadda 34 yaşlı kişi özünü asıb

19-08-2019 [23:15]
Sabirabad rayonunda intihar hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürkəndi kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. Hələlik intiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR