3 bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırıldı - Terrora dəstəyə görə

img

19-08-2019 [22:00]


Türkiyə Daxili İşlər Nazirliyi üç şəhərdə HDP partiyasından bələdiyyə başçılarını vəzifələrindən uzaqlaşdırıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən bu gün edilən açıqlamayla Diyarbakır Bələdiyyə başçısı Adnan Selçuk Mızraklı, Van Bələdiyyə başçısı Bedia Özgökçe Ertan və Mardin Bələdiyyə başçısı Ahmet Türk vəzifəsindən uzaqlaşdırıldığı bəyan edilib. 

Əsasən etnik kürdlərin partiyası olan HDP partiyasının üzvü olan üç siyasətçinin yerinə Diyarbakır, Van və Mardin rayonlarının valiləri təyin edilib.

Daxili İşlər Nazirliyi bu qərarını kürd bələdiyyə sədrlərinin qanunsuz olaraq bələdiyyələrin imkanlarından PKK terror təşkilatı və onun uzantılarına yardımçı olduqları ilə izah edib: "Bizim əlimizdə bu bələdiyyə sədrlərinin terror təşkilatları ilə yaxın əlaqələri olduğu, terror təşkilatlarına dəstək verdikləri ilə bağlı dəlillər var. Buna görə də Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı "Bələdiyyələr Haqda Qanunun 47-ci maddəsinə istinadən onları vəzifələrindən uzaqlaşdırmağa və vəzifələrinə valiləri təyin etməyi qərara aldıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq