Mikayıl Cabbarov vətəndaşları qəbul edəcək

img

19-08-2019 [19:20]


Vergilər naziri Mikayıl Cabbarov 2019-cu il avqustun 23-də Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Quba şəhəri, Yeni Körpü, 1) Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

Mia.az Vergilər Nazirliyinə istinadla xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar avqustun 20-22–də Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qusar, Xaçmaz və Şabran rayonları vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin "[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı