Qubanın daha bir kəndində yanğın baş verib

img

19-08-2019 [18:35]


Quba rayonunun daha bir kəndində əkin və bağ sahəsində yanğın olub.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Talabıqışlaq kənd bələdiyyəsinin Küçeyi kəndi ərazisində iki hektara yaxın bağ və biçilmiş taxıl sahələri yanıb.

Yanğın baş verən ərazidə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də olub, yanğının söndürülməsi istiqamətində müvafiq göstərişlər verib. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı