Deputat oğlunun həbsi ilə bağlı yeni açıqlama verdi

img

19-08-2019 [17:39]


Milli Məclisin deputatı İqbal Məmmədov "Relaks” istirahət və turizm mərkəzində baş verən insidentlə əlaqədar KİV-də yayılan məlumatlarla bağlı yeni açıqlama yayıb.

Mia.az xəbər verir ki, deputat həmin istirahət mərkəzinin təsisçisi və rəhbərinin qardaşı oğlu Məmmədov Çingiz Nəriman oğlu olduğunu deyib:

"İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Mənə məzuniyyətdən qayıtdıqdan sonra bu barədə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqidm olunması təmin ediləcək.

Mərkəzin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olması ilə bağlı KİV-də yayılan məlumatlar yalandır, heç bir hüquqi əsası yoxdur.

Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”.

Xatırladaq ki, rəsmi məlumata görə, "Relax"da Vergilər Nazirliyinin yoxlamasına hücumla cavab verən  deputatın oğlu və qohumları saxlanılıb.

Çox maraqlıdır ki, deputat bu gün günorta oğlunun və qohumlarının həbs xəbərini təkzib edirdi.

Lakin az əvvəl Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayaraq, faktı tsdiq ediblər.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı