Qubada meşə yanğının söndürülməsini çətinləşib

img

19-08-2019 [16:30]


Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və yerli sakinlərin səfərbər olunmasına baxmayaraq güclü külək və ərazisinin dağlıq relyefə malik olması, yanğının lokallaşdırılmasına mənfi təsir göstərir.

Yanğın baş verən ərazidə olan Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev yanğının söndürülməsi istiqamətində müvafiq göstəriş və tövsiyələrini verib.

Yanğının söndürülməsi işləri davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR