UEFA nümayəndələrinin Bakıya gəlib

img

19-08-2019 [14:37]


2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanış olmaq məqsədi İlə UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, 70 nəfərlik heyətlə gələn Avropa futbol təşkilatının nümayəndələri oyunların təşkilati prosesinə aidiyyəti olan müxtəlif sahələr üzrə işlərin gedişi ilə tanış olacaqlar. 

UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, AVRO-2020-nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək, Bakı Olimpiya Stadionu, şəhərdəki otellər, Fan zonanın təşkil olunması planlaşdırılan ərazilərlə tanış olacaqlar.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq