Azərbaycan milli komandasına yeni baş məşqçi təyin edilib

19-08-2019 [12:57]
Kişi boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin edilib.

Azərbaycan Boks Federasiyasından Mia.az-a verilən məlumata görə, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti tutacaq.

Onun qarşısına 7-21 sentyabrda Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. N.Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi, Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar.

Artıq milli mundial üçün son təlim-məşq toplanışına da başlayıb. Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 boksçu iştirak edir.

Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.


SON XƏBƏRLƏR