Deputatın obyektində nazirlik əməkdaşlarına hücum oldu - VİDEO

img

19-08-2019 [00:23]


Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı ilginc məlumatlar yayılıb.

Mia.az Unikal.org-a istinadla bildirir ki, deputat  İqbal Məmmədov ona məxsus olan "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb.  

Yayılan xəbərdə bildirilir ki,  yoxlamaya gələn vergi işçiləri və köməyə çağırılan polisləri içəri buraxılmayıb və  vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq edilib.

Baş vermiş hadisə ilə bağlı Vergilər naziri Mikayıl Cabbarov məlumatlandırılıb və yaxın günlərdə olayla bağlı müvafiq tədbirlərin görüləcəyi deyilir.

Hadisənin videosunu təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR