Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

17-08-2019 [12:40]


Avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava, əsasən, günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti təşkil edəcək.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında, hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti təşkil edəcək.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcək.   

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq