Komitə sədri Fuad Muradovun Kanadada biznesi var? - Maraqlı iddia

img

16-08-2019 [20:15]


"Bildiyim qədərilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, 24 yaşından deputat seçilmiş gənc və perspektivli Fuad Muradov indiyədək ən uğurlu işlərini Kanadada qurub". 

Mia.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb. 

O, komitə sədrinin Kanadada biznesi olduğuna eyham vuraraq, yazıb ki, o vaxtlar, yəni deputat olduğu dövrlərdə Fuad Muradov Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

Jurnalistin sözlərindən belə anlaşılıb ki, onun "perspektivləri Kanadadadır".

Jurnalistin digər diqqət çəkən statusu isə Kanadadakı diplomatlarımızla bağlı olub. Lakin hansısa səbəbdən həmin status sonradan silinib.

İddialara komitənin mövqeyini də əlavə etməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı