Ətin qiyməti qalxacaq? - KTN rəsmisindən 4 amil üzrə izahat

img

16-08-2019 [17:37]


Firdovsi Fikrətzadə,

KTN rəsmisi

***

Son günlər ölkəyə ət idxalının artımı, yerli ət istehsalının azalması və ətin qiymətinin qalxacağı ilə bağlı mətbuatda əsassız şərhlərə rast gəlirik. 

Əslində, bununla bağlı bir neçə dəfə ətraflı açıqlamalar vermişik. 

İndi isə bir iki məqamla bağlı qısa şəkildə yenidən məlumat vermək istiyirəm.

Birincisi, cari ilin 7 ayı ərzində ölkəyə 20,6 min ton quş əti, 5,2 min ton dondurulmuş mal əti idxal olunub, ancaq bu mətbuatda daha çox mal ətinin idxalının artımı kimi təqdim olunur.

İkincisi, quş əti idxalının artımı yanlış olaraq ümumi ət idxalının artımı kimi təqdim olundğuna görə, "ekspertlər” buna izah da tapıblar ki, bəs demiyəsən pambıq sahələri genişləndirildiyinə görə ət istehsalı da azalıb. 

Əvvəla, pambıq sahələrinin genişlənməsi 2018-ci ilə qədər gedib (bu il 30 min ha azlıb), həmin ildə də mal əti idxalı 9,2 min tondan 8,3 min tona düşüb. Digər tərəfdən isə, dediyimiz kimi, idxal olunan daha çox sənaye üsulu ilə quş ətidir ki, bunun da pambıqla heç bir əlaqəsi yoxdur.

Üçüncüsü, Comtrade beynəlxalq ticarət məlumatları bazasına əsasən ölkəyə idxal olunan ət məhsullarının həcmi 2014-cü ildə 110 milyon dollar, 2015-ci ildə 63 milyon dollar, 2016-cı ildə 39 milyon dollar, 2017-ci ildə 62 milyon dollar, 2018-ci ildə isə 67 milyon dollar olub. Bir sözlə, ortamüddətli dövr üzrə ölkəyə ət idxalında real olaraq azalma trendinin olduğunu demək daha doğrudur. 

Dördüncüsü, ölkəyə idxal olunan quş ətinin və dondurulmuş mal ətinin istehlak təyinatında böyük xüsusi çəki emal və turizm sənayesinə məxsusdur. 

Kim mağazadan hardansa idxal olunmuş quş əti alıb son illərdə? Bizə idxal olunan quş əti əsasən emal təyinatlı bud və filedən ibarətdir. Bu sənaye sahələrinin inkişaf tələbatına uyğun olaraq ölkəyə quş ətinin və dondurulmuş mal ətinin idxalı da davam edəcək. 

Yeri gəlmişkən, ABŞ-a 5 milyard dollarlıq, Almaniyaya 8 milyard dollarlıq, Hollandiyaya 4,6 milyard dollarlıq, Fransaya 5,8 milyard dollarlıq ət idxalının da əsas istehlak təyinatı emal və turizm sənayesinin tələbatına əsaslanır.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı