Şriftin ölçüsü / 1085 dəfə oxunub

Səlim Müslümovun ağılalmaz imperiyası

29 Mart 2013 [04:41]
Ağsu əhalisi rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidbəylinin qohumlarının açıq zülmünə məruz qalıblar. Rayondakı vəziyyət elə bir səviyyəyə gəlib çatıb ki, artıq bütün rayon icra başçısının qohumları arasında bölünüb və icra başçısının hər bir qohumu həmin zonalarda hökmranlıq edir. 

Belə ki, Ənvər Seyidbəyli rayonun bütün inzibati ərazilərini və iqtisadi sahələrini öz qohumları arasında bölüşdürüb. 

Hazırda rayondakı vəziyyət elədi ki, hər kəs Ənvər Seyidbəylinin qohumlarının dediyi kimi durmalı, dediyi ilə oturmalıdır. 

 Məlumata görə, Ağsu rayonu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun və onun yaxın qohumu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin yürütdüyü tayfabazlıq siyasət rayonda əsas narazılıq yaradan səbəbə çevrilib.

Səlim Müslümovun və Ənvər Seyidəliyevin qohumları isə rayonda istədikləri kimi hərəkət edə bilir, əhalini istismar etməklə məşğul olurlar. İcra hakimiyyəti isə öz qohumlarına qarşı tədbir görmək əvəzinə, onlara hər cür dəstək verir və rayonda zülmü və sosial ədalətsizliyin müdafiəsinə çevrilir. 

Gunxeber.com-a daxil olan şikayət məktubunda deyilir: "Ağsuda bütün qanunsuzluqların, dövlət əmlakının talan edilməsininədalətsizliyin və zülmün başında Ənvər Seyidəliyev dayanır. Ənvər Seyidəliyevin arxalandığı şəxs isə bacısı oğlu, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovdur. İcra başçısının və Səlim Müslümovun doğulduğu Pirhəsənli kəndindən deyilsənsə insan yerinə qoyulmursan. Hətta vəziyyət elə həddə çatıb ki, icra başçılarının qohumları rüşvəti şor-pendir qismində belə alırlar. Pulu olmayan toyuq-cücəsini verir. Şikayət mktubunda həmçinin icra başçısının və Səlim Müslümovun rayonda yüksək vəzifələr tutan və rayonu inzibati və iqtisadi sahələr üzrə paylaşdırdığı bir neçə qohumlarının bəzilərinin adları da qeyd edilib: 

 1. "Kapitalbank"ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Rayonda fəaliyyət göstərən bütün banklara nəzarət edir. Bir sıra kəndlərin və biznes sahələrinin də nəzarəti Fətulla Seyidəliyevin ixtiyarındadır. 

 2. Səlim Müslümovun bibisinin əri Ağsu rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin rəisidir. Qohumuna arxalanıb hər cür qanunsuzluqlarla məşğuldur. Rayonda bir sözünü iki eləmək mümkün deyil. 

 3 .Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov. Səlim Müslümovun qardaşıdır. Rayonun bütün büdcə təşkilatlarının idarəsi Radim Müslümovun nəzarəti altındadır. Səlim Müslümovun qardaşı həmçinin rayon təhsil şöbəsini, səhiyyə şöbəsini və mədəniyyət və turizm şöbəsinin və digər humanitar sahələri birbaşa şefidir. 

 4.Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib. 

 5. Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyev Ağsu polis şöbəsinin rəis müavinidir. 

 6. Ağsu kommunal təsərrüfat birliyinin rəisi icra başçısının yaxın əlaltısı olaraq bilinir. 

 7. İcra başçısının "Topal Teymur" ləqəbli qardaşı bütün mağazalardan haqq yığır. Haqq verməyən şəxslərin obyektlərinin fəaliyyət göstərməsi mümkün deyil. Ağsu şəhərinin "meri" Nadir isə başçının xəzinədarı kimi tanınır. 

 Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq(Gunxeber.com).


SON XƏBƏRLƏR