Avropa Liqası: "Neftçi" "Bney Yehuda"ya uduzdu, avroliqa ilə vidalaşdı

img

15-08-2019 [22:51]


İsraildə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə bu gün Azərbaycanın "Neftçi" komandası "Bney Yehuda" ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, oyunun 14-cü dəqiqəsində meydan sahiblərinin heyətində Dor Yan hesabı açıb - 1:0.

İkinci hissənin 66-cı dəqiqəsində "Bney Yehuda" "Neftçi"nin qapısına 2-ci qolu da vurub - 2:0

"Neftçi" bu qollardan yalnız birinin əvəzini çıxa bilib.

Belə ki, 90+3-cü dəqiqədə komandamız penaltidən fərqi azaldıb.  E.Mahmudovun zərbəsi dəqiq olub - 2:1

Beləliklə, oyun İsrail komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Neftçi" Avropa Liqası ilə vidalaşıb.

Xatırladaq ki, bu komandaların Bakıdakı ilk oyununda hesab 2-2 olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı