Daşkəsəndə avtomobil azyaşlını vuraraq öldürüb

15-08-2019 [22:28]
Daşkəsən rayonuna piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xoşbulaq-Daşkəsən yolunda qeydə alınıb. 

Yolu qarşı tərəfə keçmək istəyən uşağı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR